SON DƏQİQƏ
» » Sabiq icra başçısının həbs müddəti uzadıldı

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Tarix:

12-04-2021, 18:56

/ 3 589 dəfə oxundu.
Sabiq icra başçısının həbs müddəti uzadıldı

Binəqədi rayon Məhkəməsində Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

GünAz.az-ın  məlumatına görə, prosesdə təqdimat təmin edilib və C.Cəfərov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

скачать dle 12.1

Şərhlər