SON DƏQİQƏ
» » Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biridir Şuşa

Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biridir Şuşa

Tarix:

27-03-2021, 10:02

/ 4 032 dəfə oxundu.
Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biridir Şuşa

Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri olan Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olmuşdur. Buna görə də təsadüfi deyil ki, bu gün el arasında qədim məkan "Şuşa qalası” kimi də tanınır. 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir indiki Şuşa şəhərinin yerləşdiyi yerdə - düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları - istehkam tikdirmək qərarına gəlir. Əvvəllər Qarabağ xanının adına uyğun olaraq "Pənahabad” adlandırılan Şuşanın strateji baxımdan əlverişli yerdə yerləşməsi onu düşmən üçün sərt etmiş, şəhərin inkişafına və milli-mədəni abidələrin tikilməsinə zəmin yaratmışdır.

Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələnən Şuşa dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşir. Şuşa havasının təmizliyi və müalicəvi əhəmiyyəti baxımından Azərbaycanın şəfalı kurort-istirahət mərkəzlərindən hesab olunur.

Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də (Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr) də daşnak quldur dəstələri tərəfindən dağıdılıb.

Füzuli rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir.

Rayon ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində, Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, "Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin ondan çox kurqan tipli arxeoloji abidə isə 28 ildir erməni vandalizminin qurbanına çevrilib. İşğal altında qalan tarixi abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.

Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dondarlı kəndində məscid, Dəmirçilər kəndindəki iki türbə, tağlı körpü,Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.

Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (1358-ci il ) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar.

Monumental abidələrin və xatirə nişanlarının, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı oıan məhşurların həyatlarını əks etdirən lövhələrin, heykəltaraşlıq əsərlərinin, sökülərək erməni mədəniyyətinin nümunələri və heykəlləri ilə əvəzlənməsi;

İslam dini abidələrinin o cümlədən qəbristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının tamamilə dağıdılaraq yerlə yeksan edilməsi;

Memarlıq abidələri üzərindən türk simvollarının və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması işləri və s. daxildir.

Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox böyük sayda monumental incəsənət abidələri, tarixi abidələri və islam dövrü abidələri məhv edilərək tamamilə sıradan çıxarılmışdır. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları və vandallıq hərəkətlərini bir çox erməni ekspertləri, analitikləri və jurnalistləri də dolayısı ilə etiraf edir, hadisələrin baş verdiyi yerlərdən sökülmüş və dağıdılmış abidələrin görüntülərini yaymaqla ermənilərin bu ərazilərdə vandallıq etdiklərini təsdiq edir və bilərəkdənmi, bilməyərəkdənmi bizim iddialarımıza haqq qazandırırlar.

Nəzarətsiz qalmış ərazilərdə tarix və mədəniyyət abidələrinin korlanmasına və ya tamamilə məhv olub dağılmasına ermənilərin vandallıq hərəkətlərindən başqa, digər hallarda səbəb ola bilər.

Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur.

Lakin bugün Azərbaycan xalqı və onun dövləti bütün keçmişimizi, tariximizi geri qaytardı. Qarabağda yenidən bütün tarixi abidələr bərpa olunacaq.

 

Pirşağı qəsəbəsi, 112 saylı məktəbin direktoru

Xədicə Babayeva

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ