SON DƏQİQƏ
» » Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi - SİYAHI

Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi - SİYAHI

Tarix:

4-03-2021, 20:23

/ 5 943 dəfə oxundu.
Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi - SİYAHI

Bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsi ilə Vunqtau küçəsinin kəsişməsindən "Həzi Aslanov” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib:

- M2 nömrəli ekspres marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Ukrayna dairəsi – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

- M1, M6 nömrəli ekspres marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

- 104 nömrəli müntəzəm marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

скачать dle 12.1

Şərhlər