SON DƏQİQƏ
» » Pakistanla hərbi təlimlər barədə düşünürük - Prezident

Pakistanla hərbi təlimlər barədə düşünürük - Prezident

Tarix:

3-03-2021, 20:09

/ 5 779 dəfə oxundu.
Pakistanla hərbi təlimlər barədə düşünürük - Prezident

Hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz.

Bunu Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bildirib.

"Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb", - Prezident vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ