SON DƏQİQƏ

Metro açılır? - AÇIQLAMA

Tarix:

4-02-2021, 17:39

/ 6 652 dəfə oxundu.
Metro açılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə son günlər müzakirə olunan əsas məsələlərdən biri heç şübhəsiz ki, metropolitenin nə zaman sərnişindaşıma fəaliyyətinə başlaması ilə bağlıdır. Bir müddət əvvəl universitetlərin açılması ilə metroların da fəaliyyətə başlayacağı qeyd olunurdu.

Fevralın 15-də ali təhsil müəssisələrində əyani təhsilin bərpa olunması artıq təsdiqlənib. Bəs metropolitendən nə xəbər var?

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sözçüsü Bəxtiyar Məmmədov  açıqlamasında deyib ki, metronun nə zaman açılacağı məlum deyil:

"Bizdə bu haqda hər hansı məlumat yoxdur. Metropolitenin sərnişindaşıma fəaliyyətinə başlaması və onun hansı qaydada tənzimlənməsi ilə bağlı qaydalar mütləq şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, metropoliten buna qədərki dövrdə də yəni, əvvəlki açılıb-bağlanma dövründə olduğu kimi gündəlik iş rejimi şəraitində bütün infrastrukturun sağlam vəziyyətdə qorunub saxlanması, onun işlək vəziyyətdə olması ilə bağlı öz tədbirlərini həyata keçirir:

"Bu dövrdə görülən işlər sırasında metropolitendə bütün infrastruktur bir-biri ilə sıx əlaqəli, geniş və mürəkkəb, çoxşaxəli quruluşa malik, xüsusilə də yerin altında olduğu üçün bütün bunların hamısı gündəlik iş rejimi şəraitində qulluq tələb edən sistemlər, avadanlıqlardır. Bununla bağlı metropolitenin normativ sənədləri var. Həmin sənədlərə uyğun olaraq avadanlıqlara qulluq göstərilməsinin də öz ardıcıllığı mövcuddur. Bütün bunlara bu günə qədər tam əməl olunub”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ