SON DƏQİQƏ
» » Paytaxtda dumanlı hava şəraiti nə qədər davam edəcək? - Açıqlama

Paytaxtda dumanlı hava şəraiti nə qədər davam edəcək? - Açıqlama

Tarix:

3-02-2021, 17:32

/ 5 946 dəfə oxundu.
Paytaxtda dumanlı hava şəraiti nə qədər davam edəcək? - Açıqlama

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilir.

Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. 

O bildirib ki, müşahidə edilən dumanlı hava şəraiti sinoptik şəraitlə əlaqədardır:

"Belə ki, yer səthində zəif şərq küləyinin üstünlük təşkil etməsi, hündürlüklə yer səthi arasında temperatur fərqi nəticəsində inversiya yaranıb. Bu səbəbdən də dünəndən etibarən dumanlı hava şəraiti müşahidə olunmaqdadır. 

Qeyd edək ki, dumanlı hava şəraitinin gün ərzində, eləcə də ayın 4-də gecə və səhər saatlarında arabir davam edəcəyi proqnozlaşdırılır. Artıq ayın 5-də gündüz saatlarında şimal-qərb küləyinin arabir güclənməsi ilə dumanın çəkilməsi gözlənilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ