SON DƏQİQƏ

Daha 12 azərbaycanlı deportasiya olundu

Tarix:

3-02-2021, 12:24

/ 5 780 dəfə oxundu.
Daha 12 azərbaycanlı deportasiya olundu

Almaniya, Avstriya və Niderlandda qanunsuz yaşayan 12 azərbaycanlı deportasiya olunub.

Onlardan 3-ü Almaniyadan, 6-sı Avstriyadan, 3-ü isə Niderlanddan deport olunub. Avropa ölkələrindən çıxarılanlardan 1-i Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır.

Eyni zamanda, bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən "Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ