SON DƏQİQƏ
» » Müharibə VETERANLARInın PREZİDENT təqaüdü NİYƏ GECİKİR?

Müharibə VETERANLARInın PREZİDENT təqaüdü NİYƏ GECİKİR?

Tarix:

28-01-2021, 15:08

/ 5 287 dəfə oxundu.
Müharibə VETERANLARInın PREZİDENT təqaüdü NİYƏ GECİKİR?

Redaksiyamıza gələn zənglər narahatedici bir mesajdır. 
Belə ki, Qarabağ müharibəsi veteranları 80 manat təqaudlərini indiyə qədər ala bilməməsindən şikayət edirlər. Hər ayın 22-nə qədər veteranlara verilən Prezident təqaüdləri  verilirdi. Bu gün ayın 28-i  olsa da hələki təqaüdlərdən bir xəbər yoxdur.
142 çağrı mərkəzinə zəng edib məlumat əldə etmək istədik, robortıaşmış qız səsi bizi məyus etdi:
-Bütün operatorlar məşğuldur, siz növbədə 1115-ci şəxssiniz. 
Bu hesabla gərək biz bir həftə gözləyərdik, başqa əlaqə nömrəsi olmadığından qərara aldıq ki, bunu ictimailəşdirək.
Əmək və Əhalinin Müdafiə Nazirliyi gərək bu həssas təbəqəli insanlara  diqqət və qayğısını  artırsın, çünki, əlillər, təqaüdcullər, qazilər  cəmiyyətin ən ləyaqətli, həssas  insanlarıdır.
İnsanlara qayğı göstərmək,onlara şərait yaratmaq, kömək etmək hər bir məmurun borcudur.
Başqa mənbələrdən aldığımız məlumata görə VETERANlarımız hələ fevral ayına kimi gözləməlidirlər
Rauf İlyasoğlu
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ