SON DƏQİQƏ
» » Bu gün jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa ehtiyac var

Bu gün jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa ehtiyac var

Tarix:

14-01-2021, 08:16

/ 3 450 dəfə oxundu.
Bu gün jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa ehtiyac var

Əhməd İsmayılov: "Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün fəaliyyət planı hazırlanır”

 

«Hazırda biz nizamnaməyə nəzər salsaq, orada nəzərdə əsas olaraq, dörd vəzifə və istiqamət görə bilərik. Bu, medianın inkişafına dəstək verilməsinin istiqamətlərini müəyyən etmiş olur». Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, bunlardan biri konsultativ dəstəkdir: "Medianın inkişafı üçün "konsultativ dəstək”, "maddi-texniki dəstək”, "təşkilati-texniki dəstək” nəzərdə tutulur. Hər birisini izah etməyə çalışsaq, görərik ki, məqsəd jurnalistlərin peşə və ixtisasının artırılmasına xidmət edəcək. Peşəkar jurnalistikanın formalaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılır. Medianın biznes modelə keçirilməsi üçün agentlik tərəfindən təşkilati dəstək göstəriləcək”.

Jurnalistlərin hansı formada peşəkar kadr kimi yetişdirilməsinə gəlincə, Ə.İsmayılov bildirib ki, bu istiqamətdə agentlik ilk növbədə bu peşəyə gəlmək istəyən şəxslərin peşə hazırlığı tədrisinin hazırlanmasına və təşkilinə dəstək göstərəcək: "Jurnalistlərin peşəkarlıqlarının artırılması dedikdə, sözsüz ki, ixtisas artırılmasını xüsusi qeyd etməliyik. Bu istiqamətdə agentlik ilk növbədə bu peşəyə gəlmək istəyən şəxslərin peşə hazırlığı tədrisinin hazırlanmasına və təşkilinə dəstək göstərəcək. Digər məqam isə hazırda bu sahədə fəaliyyət göstərən jurnalistlərin ixtisaslarının artırılmasının təmin olunmasıdır. Bu ölkədə mövcud jurnalistlərin kadr potensialı ilə bağlıdır. Bütün bu prosedurlarda təbii ki, xaricdən də mütəxəssislərin cəlb olunması və tədris prosesində iştirakı nəzərdə tutulur. Eyni zamanda xaricdə yerləşən ali tədris və ya tədris müəssisələri ilə əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə jurnalistlərin xaricdə treninq keçmələrini təşkil edə bilərik”.

Agentlik rəhbəri qeyd edib ki, informasiyanın məzmununun təkmilləşdirilməsi istiqamətində də işlər görüləcək: "Bu gün jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa ehtiyac var. Biz bunu müəyyən normativ hüquqi baza baxımından müəyyən etməliyik. Biz "media subyekt”i anlayışı və "media subyektləri”nin özlərinin bölgüsünü tam əhatəli həyata keçirməliyik. "Jurnalist” və "jurnalistin statusu” anlayışları da normativ hüquqi baza əsasında aydınlaşdırılmalıdır. Bu, bizə imkan verəcək ki, həm jurnalistlərlə, həm də media subyektləri ilə iqtisadi, texniki, metodiki dəstək layihələrini həyata keçirə bilək. Biz media subyektlərindən danışırıqsa, nizamnaməyə əsasən (onlayn, çap, audiovizual media) onların hər biri ilə işlərin təşkilini təmin etməliyik. Bu onların iqtisadi müstəqilliyinin təmini, kadr potensialının inkişafını, xüsusilə də yayılan informasiyanın məzmununun təkmilləşdirilməsi istiqamətlərini əhatə edəcək”.

Əhməd İsmayılov onu da vurğulayıb ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün fəaliyyət planı hazırlanır: «Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində fəaliyyət planı hazırlanmaqdadır. Bu plan çərçivəsində media subyektlərinin biznes modelinə keçməsinə dəstək göstərilməsi istiqamətlərini araşdırırıq. Bu istər media subyektlərinin yeni biznes modelə keçidlə bağlı özləri tərəfindən verilən təkliflər, istərsə də agentlik tərəfindən hazırlanan layihələrlə ola bilər. Hazırda biz bu fəaliyyətin həyata keçirilməsini araşdırırıq. Media subyektləri, jurnalist həmkarlarla müzakirələrin aparılması gözlənilir. Bu müzakirələr nəticəsində ümumilikdə medianın ayrı sahələrində subyektlərin biznes modelinə keçid yollarını müəyyən edə bilək».

Əhməd İsmayılov əlavə edib ki, xarici media subyektlərinin təcrübəsi yerli media qurumlarında tətbiq olunacaq: «Xarici media subyektləri ilə yerli media subyektləri arasında əməkdaşlıq üçün tədbirlərin həyata keçirilməsi düşünülür. Nizamnaməyə görə ilk olaraq yerli media subyektləri ilə xarici media subyektləri arasında informasiya mübadiləsinin həyata keçirilməsinə köməklik olunması məqsədilə platformanın yaradılması nəzərdə tutulur. İkinci olaraq isə, yerli media subyetklərində olan mütəxəssislərin xarici həmkarları ilə təcrübələrinin paylaşılması, əlaqələrin formalaşdırılmasını nəzərdə tutulur”.

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ