SON DƏQİQƏ

Şəhidimizin möhtəşəm DÖYÜŞ YOLU...

Tarix:

26-12-2020, 08:13

/ 3 431 dəfə oxundu.
Şəhidimizin möhtəşəm DÖYÜŞ YOLU...

Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan əsgərlərimizdən biri də Füzuli rayonu Aşağıveysəlli kənd sakini Rzayev Nurlan Yusif oğludur.

GunAz.az xəbər verir ki, şəhidimiz 2020-ci il sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb. 2 dəfə döyüşçü yoldaşları ilə mühasirədə qalıb. Lakin onlar mühasirəni yarıb düşmənin xeyli canlı qüvvəsini məhv edərək xilas olub.

Nurlan oktyabrın 5-də başlayan ağır döyüşlərdə də iştirak edib. Cəbrayılda ermənilərin bir neçə postunu ələ keçirib ora yerləşiblər. Oktyabrın 9-da Qubadlı istiqamətində gedən döyüşlərə yollanıb, Laçın dəhlizinə qədər gedib çıxan Nurlan ailəsi ilə telefon danışığında Həkəri çayının gözəlliyindən də bəhs edib. Alınan hər bir kəndə görə çox sevindiyini deyən Nurlan ailəsindən ona görə narahat olmamalarını xahiş edib və bildirib ki, bütün torpaqlarımız azad olunduqdan sonra qayıdacaq.

Nurlan Rzayev 17 oktyabrda Füzuli rayonu işğaldan azad olunan gün Hadrutda şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, şəhidimiz 6 ay öncə ailə qurmuşdu. Qardaşı Bəhruz Rzayev hal-hazırda müddətdən artıq hərbi qulluqçu kimi xidmətdədir. Atası isə 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Övlad həsrəti ilə ürəyi parçalanan valideynlərin isə dilində bir kəlmə var: "Vətən sağ olsun!"Axar.az

Allahdan şəhidimizə rəhmət, ailəsinə səbir diləyirik.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ