SON DƏQİQƏ

Bu rayonlarda internet kəsiləcək? - Açıqlama

Tarix:

16-12-2020, 14:25

/ 5 682 dəfə oxundu.
Bu rayonlarda internet kəsiləcək? - Açıqlama

Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından 16 dekabr saat 00:00-dan qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu nazirliyin mətbuat katibi Günel Gözəlov deyib. O bildirib ki, sözügedən məlumat nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir:

"Bu məlumat həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (skrinşot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər".

Qeyd edək ki, 27 sentyabrda Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabrda aradan qaldırılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ