SON DƏQİQƏ

Ən çox yoluxma bu yerlərdə baş verir

Tarix:

24-11-2020, 09:25

/ 4 874 dəfə oxundu.
Ən çox yoluxma bu yerlərdə baş verir

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu olaraq cəmləşdiyi yas mərasimlərində baş verir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, əgər insanlar kütlənin çox olduğu məkanlara daxil olmağa məcburdurlarsa, bu halda maska taxmağa və əllərini tez-tez yumağa çalışmalıdırlar.

Maskalardan düzgün istifadənin olduqca əhəmiyyətli olduğunu deyən H.Harmancı əlavə edib ki, əgər maska burunun üzərinə taxılmırsa və ya burunun üzərində və çənənin alt tərəfində üzə sıx örtülmürsə, onda maskanın qoruyucu təsiri yarıbayarı, hətta daha çox azalır. / "Trend"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ