YAP-nın Yasamal
rayon təşkilatında "Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihənin
media nümayəndələrinə təqdimatı keçirildi. Layihənin rəhbərləri ARİ-nın üzvləri,
rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar saytımıza
verdikləri müsahibədə bizə bildirdilər ki, layihənin təşkilatçıları Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis
Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyidir.
Təqdimatda rəssam, ARİ-nın üzvü, Qarabağ
veteranı Şəmsəddin Böyükdüzlünün şəhidlərimizin əziz xatirəsinə
həsr olunmuş 40portreti təqdim olundu. Çıxış
edənlərdən YAP Yasamal rayon təşkilatının sədri cənab Tağı Əhmədov bugünkülayihənin 20 noyabr tarixində
Ağdam rayonunun Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad
olunması və 28 il
öncə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-nın yaranma tarixində təqdim
olunması təqdirəlayiqdir. Şəhidlərimizin əziz
xatirəsinə həsr olunmuş layihələri ilə hər zaman gənclərimizin Azərbaycançılıq
idealogiasında, vətənpərvərlik ruhunda yetişməsində əvəzsiz rolu olan Elnurə və
Aygün İsgəndərovalara və portretlərin müəllifi Şəmsəddin Böyükdüzlüyə uğurlar
arzuladı.
TOHGM İB-nin sədri Emin Həsənli və şəhidlərin
ailə üzvləri xalqımızın zəfər bayramında payları olan şəhidlərimizin belə bir
gündə anılması, portretlərinin onlara hədiyyə olunmasının gözəl təşəbüss olduğunu
bildirdilər. Xatırladaq ki, portretlər
mərhələli şəkildə şəhidlərimizin ailə üzvlərinə hədiyyə olunmas və eləcə də
layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.