SON DƏQİQƏ
» » Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Tarix:

16-11-2020, 11:13

/ 3 610 dəfə oxundu.
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M.Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ