SON DƏQİQƏ
» » Raketlər Qafan və Cermuk bölgələrindən atılıb – Hacıyev

Raketlər Qafan və Cermuk bölgələrindən atılıb – Hacıyev

Tarix:

22-10-2020, 11:18

/ 3 595 dəfə oxundu.
Raketlər Qafan və Cermuk bölgələrindən atılıb – Hacıyev

Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.

"Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi "SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”, - PA rəsmisi bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ