SON DƏQİQƏ
» » Bu şəxslərə ödənişsiz yardım ediləcək - Vəkillər Kollegiyası

Bu şəxslərə ödənişsiz yardım ediləcək - Vəkillər Kollegiyası

Tarix:

5-10-2020, 22:35

/ 1 356 dəfə oxundu.
Bu şəxslərə ödənişsiz yardım ediləcək - Vəkillər Kollegiyası

Vəkillər Kollegiyası Rəyasət Heyətinin oktyabrın 5-də keçirilmiş iclasında son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması müzakirə olunub.

Vəkillər Kollegiyasından GunAz.az-a bildiriblər ki, iclasda erməni təxribatı, dinc əhaliyə qarşı törədilən terror əməlləri və aparılan hərbi əməliyyatlar zamanı zərər çəkmiş bütün şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquq yardım göstərilməsi və bu barədə vəkil qurumlarına məlumat verilməsi qərara alınıb.


скачать dle 12.1

Şərhlər