SON DƏQİQƏ
» » Məhv edilmiş erməni komandiri fərari əvəz edəcək

Məhv edilmiş erməni komandiri fərari əvəz edəcək

Tarix:

1-10-2020, 14:29

/ 4 978 dəfə oxundu.
Məhv edilmiş erməni komandiri fərari əvəz edəcək

Erməni hərbi hissəsinin məhv edilmiş komandirinin yerinə fərari təyin edilib.

Madagizdə yerləşən 6-cı dağatıcı alayın komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin artilleriya atəşinə məruz qalıb və ağır yaralı olaraq sıradan çıxarılıblar.

Hərbi hissə komandirinin yerinə 10-cu dağatıcı diviziyanın komandir müavini Gevorq Manqalaryan təyin edilib.

G.Manqalaryan 2016-cı il aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılıb. Lakin sonradan yüksək rütbəli qohumlarının müdaxiləsi nəticəsində yenidən bəraət qazanıb və müvafiq vəzifəyə təyin edilib.

Qeyd edək ki, Manqalaryan komandanlığın etimadını qazanmayıb, əsgərlər və kiçik zabitlər arasında nüfuzu yoxdur.

скачать dle 12.1

Şərhlər