SON DƏQİQƏ
» » Azərbaycanda açıq havada 20-40 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

Azərbaycanda açıq havada 20-40 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

Tarix:

19-08-2020, 12:53

/ 4 566 dəfə oxundu.
Azərbaycanda açıq havada 20-40 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

Artıq 6 aydan çoxdur ki, Azərbaycanda toyların keçirilməsinə icazə verilmir. Koronavirus pandemiyasının nə zaman bitəcəyi isə bəlli deyil. Dünyada bir neçə vaksin sınaqdan keçirlsə də koronavirus peyvəndi hələ də tapılmayıb. Belə olan halda hansı qaydalarla Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər?

Mövzunu deputat Aydın Mirzəzadə ilə davam etdirdik. O,  açıqlamasında bildirdi ki, toylarla bağlı müəyyən qaydalar indidən hazırlanmalıdır:

https://konkret.az/cloud/uploads/2020/08/aydin-1.jpg 760w" sizes="(max-width: 378px) 100vw, 378px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

"Çünki biz bu xəstəliyin hansı dərinliyə qədər gedəcəyini və hansı müddətə davam edəcəyini bilmirik. Ona görə də toyların keçirilməsi ilə bağlı qaydalar fikirləşilməlidir. Görünür, artıq biz çox saylı insanların iştirak etdiyi toy qaydalarından imtina etməliyik. Ancaq yaxınların iştirak etdiyi, sosial məsafəni qorumaqla, təması minimuma endirməklə toy qaydalarımız artıq formalaşmalıdır. Toyları açıq havada, az sayda insanla və sosial məsafəni qorumaqla keçirmək olar, çünki gənclər ailə qurmalıdır. Yarım ildir ki, toylar keçirilmir. Bu, o deməkdir ki, gələn il 10 minlərlə yeni vətəndaşımız dünyaya gəlməyəcək, 17-18 ildən sonra ali məktəbə çox az sayda gənclərimiz qəbul olunacaq, 25 ildən sonra yenilənən nəsildə biz artıq o böhranın nəticəsini görəcəyik. Ona görə də toyların keçirilməsinə yumşalmalara olmaldır. Belə ki, 20-40 nəfər toya dəvət edərək və sosial məsafə qorunmaq şərti ilə toyların keçirilməsinə icazə verilə bilər”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ