Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə statistikası açıqlanıb.
GunAz.az-ın verdiyi xəbərə görə, hələ də liderlik Bakıdadır.
Lakin son günlər paytaxta düşən pay artaraq 56,3 faiz olub.
Ötən aylarda bu rəqəm 49-51 faiz arası dəyişirdi.
İkinci ən çox yoluxma 16 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 9.4, Gəncə-Qazax 6.7, ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Ölkənin Naxçıvan Muxtar Respublikasında isə aktiv koronavirus xəstəsi yoxdur. Burda göstərici 0 faizdir.