SON DƏQİQƏ
» » Daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

Daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

Tarix:

4-08-2020, 17:34

/ 5 128 dəfə oxundu.
Daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 32 min 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 28 min 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib. Aktiv xəstə sayı 4089 nəfərdir.

Ötən müddət ərzində 751 min 246 test aparılıb. Bugünkü test sayı isə 6409-dur.


скачать dle 12.1

Şərhlər