Əqrəb - Cari işlərin bəzilərini dostların və yaxınların yardımları ilə həll etmək mümkündür. Cari resurslardan effektiv istifadə edin. Ümumi ətalət, bilik və ideyalar qıtlığı problemlər yarada bilər. Sərmayə və ümumiyyətlə maliyyə məsələlərində uzaqgörən olun.
Günün ikinci yarısında unutmayın ki, inkişaf irəliyə doğru aramsız hərəkətdir. Situasiyadan asılı olaraq pulu daha məqbul saydığınız layihəyə və ya istiqamətə yatıra bilərsiniz. İnnovasiyalar, axtarışlar, faydalı təmaslar və əlaqələrin reallaşdırılması üçün münasib zamandır. Uğurlarınızdan feyziyab olanda başqalarının səhvlərindən də nəticə çıxarmağı unutmayın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Oxatan - Bir qədər öncə yaranmış problemlərin fəsadlarını aradan qaldırmaqda tənbəllik etməyin. Əhvalınız yaxşılaşa bilər. Yeni gəlir mənbəyi olacaq.
Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək maneələri dəf edə bilərsiniz. Dəvət aldığınız yerlərə yollanın, ictimai həyatdan kənarda qalmayın.
Guşənişin olmayın.
Günün ikinci yarısında radikal dəyişikliklərə başlamağa tələsməyin. Dəyər verdiyiniz insanla münasibətləri reabilitasiya edə bilərsiniz. Özünüz öyrənməklə yanaşı, təcrübə və biliklərinizi sevdiyiniz insanla da bölüşün. Səfər və informasiya axtarışı uğurlu olacaq.
Oğlaq - Yeni işə, layihəyə başlaya bilərsiniz. Yeni gəlir, bilik, informasiya mənbələri arayın. Son xəbərlərdən agah olun. Məlumatsız qalmaq rəqiblər qarşısında zəif mövqelərlə könüllü razılaşmaq anlamına gəlir. İrəliləyiş üçün impulslardan yararlanın.
Günün ikinci yarısında yaradıcılıq ideyalarının bazasını genişləndirin. Əlavə bacarıqlar əxz edin. Yeni, maraqlı təmaslar yarana bilər.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dolça - Münasibətlərdə qeyri-formal motivlər güclənəcək. Kommunikasiyaları aktivləşdirin. İdeyalarınızı paylaşın, son xəbərləri öyrənin. Genişmiqyaslı layihəni inkişaf etdirmək olar.
Günün ikinci yarısında kompüter texnologiyaları ilə bağlı məsələdə irəliləyiş olacaq. Rutin işlərdən qaçmayın. Bilik və bacarıqlarınızı artırın.
Axşam saatlarına yaxın yaxşı məsləhət ala bilərsiniz. Dəyər verdiyiniz insanların qayğısına qalın.
Balıqlar - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır.