SON DƏQİQƏ

Lotereyada 49,5 milyon avro qazandı-UĞUR

Tarix:

22-07-2020, 08:21

/ 3 221 dəfə oxundu.
Lotereyada 49,5 milyon avro qazandı-UĞUR

İrlandiya sakini təxminən 49.6 milyon avro dəyərində "EuroMillions" lotereyasının cekpotunu udub.

GunAz.az bildirir ki, bu barədə İrlandiyanın milli lotereyası xəbər verib.

Xəbərdə deyilir: "EuroMillions-un xoşbəxt oyunçusu cekpotda möcüzəvi 49 564 586 avro məbləğ udub".

Uduş lotereyasının sahibi beş əsas və iki əlavə rəqəmləri düz tapa bilib. Uduşun ölkənin hansı bölgəsindən qazanılması barədə məlumat verilmir.

 

Xatırladaq ki, EuroMillions 2004-cü ildən əvvəlcə İspaniya, Fransa və İngiltərədə oynanılıb. Daha sonra Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya, İsveçrə və Lixtenşteyn kimi ölkələr lotereyaya qoşulublar.Trend


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ