SON DƏQİQƏ

Karantin ləğv edilə bilər - Açıqlama

Tarix:

20-07-2020, 15:20

/ 4 228 dəfə oxundu.
Karantin ləğv edilə bilər - Açıqlama

Gündəlik koronavirusa yoluxma sayı bu cür azalmağa doğru davam edərsə, karantin rejimi tədricən aradan qaldırıla bilər.

Bunu hazırda şəhər və rayonlarda tətbiq edilən sərt karantinin gündəlik yoluxma sayına təsiri barədə danışan infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, koronavirusa yoluxma sayında azalmanın müşahidə edilməsi sərt karantinin effektlivliyindən xəbər verir:

"Əvvəllər gündəlik 500-600 civarında müşahidə olunan yoluxma halları artıq 300 civarında qeydə alınır. Əgər insanlar açıq havada sosial məsafə saxlayarlarsa və karantin tədbirlərinin digər davranış qaydalarına riayət edərsə, bu, gündəlik yoluxma sayının azalmasına səbəb olar. Bu azalma isə karantin rejiminin tədricən ləğv edilməsinə şərait yaradacaq”.

İnfeksionist onu da qeyd edib ki, bir neçə gün əvvəl Orduya dəstək yürüşündə və şəhidlərin dəfn mərasimində insanların kütləviliyi yoluxmaya səbəb olubsa, bunun nəticəsini 14 gün ərzində hiss edəcəyik

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ