SON DƏQİQƏ
» » Milli Məclisin əməkdaşlarında koronavirus aşkarlandı

Milli Məclisin əməkdaşlarında koronavirus aşkarlandı

Tarix:

16-06-2020, 12:13

/ 4 174 dəfə oxundu.
Milli Məclisin əməkdaşlarında koronavirus aşkarlandı

Azərbaycan Respublikasının Milli Məclisində COVİD-19 karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, testi pozitiv çıxan parlament əməkdaşları dərhal həkim nəzarətinə götürülüblər:

"Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ