SON DƏQİQƏ

Bakıya girişdə tıxac - Gedənlər qayıdır

Tarix:

16-06-2020, 11:54

/ 3 878 dəfə oxundu.
Bakıya girişdə tıxac - Gedənlər qayıdır

Astara-Bakı magistral yolunun Ələt qəsəbəsində qurulan karantin postunda 5-6 km uzunluğunda tıxac yaranıb. 

Saat 06:00-dan etibarən şəhərə giriş başlayıb. Polis əməkdaşları vətəndaşları yoxlayaraq icazəsi olanları paytaxta buraxırlar. Buna görə də yolda böyük tıxac yaranıb.

Yolda hərəkət dayanandan sonra bir neçə sürücü qarşı yola çıxaraq əks istiqamətdə hərəkət edərək Bakıya daxil olmağa çalışıb.

 

Hərəkətsiz qalan avtomobillərin sərnişinləri maşınlardan düşərək bir neçə kilometrlik yolu yeriyərək postu keçiblər.


скачать dle 12.1

Şərhlər