SON DƏQİQƏ
» » Bağlanan bankların əmanətçilərinə 47 milyon kompensasiya ödənilib

Bağlanan bankların əmanətçilərinə 47 milyon kompensasiya ödənilib

Tarix:

11-06-2020, 13:15

/ 3 492 dəfə oxundu.
Bağlanan bankların əmanətçilərinə 47 milyon kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank” ASC və "Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb. 10 iyun 2020-ci il tarixinə ləğv prosesində olan "Atabank” ASC və "Amrahbank” ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib. 

 "Atabank” ASC və "Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

Qeyd edək ki,  "Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.


скачать dle 12.1

Şərhlər