SON DƏQİQƏ

DİN-in xüsusi texnikaları Bakı küçələrində

Tarix:

16-05-2020, 20:22

/ 2 294 dəfə oxundu.
DİN-in xüsusi texnikaları Bakı küçələrində

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədi ilə Bakı və Sumqayıt şəhərlərində bu gün əlavə gücləndirilmiş dezinfeksiya tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Daxili Qoşunların xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub.

Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərlərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ