SON DƏQİQƏ
» » Kafe və restoranlar açıldıqdan sonra belə işləyəcək

Kafe və restoranlar açıldıqdan sonra belə işləyəcək

Tarix:

14-05-2020, 16:35

/ 1 823 dəfə oxundu.
Kafe və restoranlar açıldıqdan sonra belə işləyəcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb.

TƏBİB-in açıqlamasında bildirilir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

- Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

- Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

- Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

- Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ