SON DƏQİQƏ
» » Bakı metrosu ilə bağlı heç bir proses təxirə salınmayıb- Rəsmi

Bakı metrosu ilə bağlı heç bir proses təxirə salınmayıb- Rəsmi

Tarix:

12-05-2020, 13:56

/ 1 816 dəfə oxundu.
Bakı metrosu ilə bağlı heç bir proses təxirə salınmayıb- Rəsmi

Bakı Metropoliteni QSC-nin may ayı üçün nəzərdə tutulan 20 vaqonun (4 qatar) alınmasını təxirə salması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Heç bir proses təxirə salınmayıb.

Bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, vaqonların istehsalı bu ay başa çatacaq və sonrakı müddət ərzində Bakıya gətiriləcək:

"Həmin vaqonların istehsal prosesi artıq başa çatmaq üzrədir. Karantin müddəti bitəndən sonra yeni vaqonların Bakıya gətirilməsi təmin olunacaq. Bu vaqonlar Bakı Metropoliteninin mövcud istismar parkında istismar müddətini başa vuran vaqonları əvəz edəcək. Həmin vaqonlar xətdən çıxarılanda bu vaqonlar artıq xətdə olacaq”.

B.Məmmədov bildirib ki, bununla bağlı 3 illik müqavilə imzalanıb və bu müddət ərzində 60 yeni vaqon alınacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ