SON DƏQİQƏ

Metroda maska satışı təşkil olunacaq

Tarix:

8-05-2020, 17:27

/ 1 979 dəfə oxundu.
Metroda maska satışı təşkil olunacaq

Yeni tikilən stansiyalarda işlər davam etdirilir.

Bu sözləri Bakı Metropoliteni QSC sədri Zaur Hüseynov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, yaxın zamanlarda yeni stansiyalar istifadəyə veriləcək:

"Metropolitenin tikintisində istifadə olunan avadanlıqlar ölkəyə gətirilib. İnşaat işləri bitib".

Sədr əlavə edib ki, insanların maska taxmaması metropolitenin səlahiyyətlərinə daxil deyil:

"Biz sərnişinlərə maska taxmaları ilə bağlı xəbərdarlıq etmişik. Metropoliten 25 stansiyadan ibarətdir və 15-də aptek var. Əlavə olaraq metropolitendə səyyar maska satışı həyata keçiriləcək. Biz "Zeytun" aptekə də müraciət etdik, apteklər səhər saat 6-da açılsın. Eyni zamanda, sərnişinlərin maska əldə etməsində çətinlik yaranmaması üçün tapşırıqlar verilib".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ