SON DƏQİQƏ
» » Prezidentin tapşırığı: dövlətlərlə razılaşdırılır... - PA rəsmisi

Prezidentin tapşırığı: dövlətlərlə razılaşdırılır... - PA rəsmisi

Tarix:

6-05-2020, 22:35

/ 1 365 dəfə oxundu.
Prezidentin tapşırığı: dövlətlərlə razılaşdırılır... - PA rəsmisi

Qoşulmama Hərəkatı çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə İşçi Qrup yaradılıb. Bu İşçi Qrupunun qarşısında bir neçə vəzifə var. Birinci vəzifə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin toplantısının keçirilməsidir.
GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
PA rəsmisi bildirib ki, artıq səhiyyə sahəsində əməkdaşlığa, müxtəlif tibbi protokol və alqoritmlərin bölüşülməsinə, təcrübə mübadiləsinə ehtiyac vardı:
"Qarşıdan gələn dövr ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərkib hissəsi olaraq, Dünya Səhiyyə Assambleyası baş tutacaq. O çərçivədə Prezident İlham Əliyevin tapşırığından irəli gələrək, Azərbaycan aidiyyəti üzrə səhiyyə nazirlərinin toplantısını keçirəcək. Bu istiqamətdə real işlər gedir, Qoşulmama Hərəkatı daxilində prosedurlardan çıxış edərək, dövlətlərlə razılaşdırılır".
скачать dle 12.1

Şərhlər