SON DƏQİQƏ

E-sosial.az saytı çökdü

Tarix:

10-04-2020, 14:37

/ 2 120 dəfə oxundu.
E-sosial.az saytı çökdü

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmələrin alınması ilə əlaqədar qeydiyyatın aparıldığı e-sosial.az saytı saat 15:00-a kimi fəaliyyətini dayandırıb.
Vətəndaşlar sayta daxil olan zaman profilaktik işlərlə əlaqədar saytın fəaliyyətinin dayandırılması və 15:00-da yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərdarlıq edilir.
Qeyd edək ki, bu gün saat 10:00 radələrindən sayta daxil olmaq mümkün olmayıb. Bir qədər əvvəl isə vətəndaşlara sözügedən xəbərdarlıq edilib.
Xatırladaq ki, bu gün qeydiyyat Bakı ərazisində Suraxanı, Sabunçu rayonları, bölgələrdə isə Şəki, Tovuz, Şəmkir, Gəncə, Gəncə-Kəpəz, Gəncə-Nizami, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhər və rayonları üçün açıqdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ