SON DƏQİQƏ
» » Ağstafa rayonunda yaşı 65-dən yuxarı tənha imkansız şəxslərə bir aylıq ərzaq məhsulları paylanıb

Ağstafa rayonunda yaşı 65-dən yuxarı tənha imkansız şəxslərə bir aylıq ərzaq məhsulları paylanıb

Tarix:

6-04-2020, 23:02

/ 1 283 dəfə oxundu.
Ağstafa rayonunda yaşı 65-dən yuxarı tənha imkansız şəxslərə bir aylıq ərzaq məhsulları paylanıb

Ağstafa Aqrar Sənaye Kompleksi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsi ilə birgə yardım aksiyası keçirib.

Aksiya çərçivəsində Ağstafa rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha imkansız şəxslərə bir aylıq tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb. 100-dən artıq ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib və bu barədə məlumat vərəqələri də sovqatlarla bərabər təqdim edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ