SON DƏQİQƏ

Şəhid pilotumuzun xanımından NÜMUNƏVİ ADDIM

Tarix:

31-03-2020, 09:38

/ 2 979 dəfə oxundu.
Şəhid pilotumuzun xanımından NÜMUNƏVİ ADDIM

Şəhid pilotumuz, Azərbaycan ordusunun polkovnik-leytenantı Rəşad Atakişiyevin xanımı, tanınmış politoloq Qabil Hüseynlinin qızı Könül Hüseynova olduqca nümunəvi, həmçinin fədakar bir addım atıb.

GunAz.az xəbər verir ki, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova 500 manat olan aylıq maaşının hamısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

K.Hüseynova bu addımı Prezident İlham Əliyevin çağırışına bir vətəndaş olaraq qoşulmaq və dövlətimizin bu sahədə apardığı siyasəti dəstəklədiyini nümayiş etdirmək üçün atdığını bildirib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə koronavirusla mübarizədə milli həmrəylik kampaniyasına çevrilib.(axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ