SON DƏQİQƏ

Kədər dolu şeirimi bölüşmək istəyirəm...

Tarix:

20-03-2020, 11:07

/ 1 389 dəfə oxundu.
Kədər dolu şeirimi bölüşmək istəyirəm...

İnstitutda bir oxuduğumuz, tələbəçilik illərində yataqxanada bir qabda çörək yediyimiz, Az Pİ - nin Gəncə filialının , sonradan isə  Azərbaycan Texnologiya Universiteti adlandırılan təhsil ocağının 1977-82- ci illərinin məzunu olduğumuz,  hamımızın Qağa deyə  müraciət etdiyimiz , tələbəlik dostumuz,  əziz Ələddin qagamızın gözəl balası 32 yaşlı  Fərid balamız bizi İlaxir çərsənbəsi günündə  əbədi tərk etdi və onu  çox erkən torpağa tapşırdıq.
Hamımızın sevimlisi  Qağamızın böyük övladı, Fərid balamıza Allahdan rəhmət diləyir,  Ələddin qardaşımıza , Nahidə bacımıza , övladları Nahidə, Yavuza , ailəsinə, doğmalarına və dostlara  dərin hüznlə baş sağlığı veririk. Sabir,  İlyas, Əli və  İbrahimlə dəfn mərasimindən qayıdarkən  
gözlərimiz dolur, beynimdə dolaşan xatirələrimizi  əl telefonumda yazaraq Gəncədən ,Səmkirdən, Tovuzdan gəlmək istəyən  dostlarla kədər dolu şeirimi bölüşmək istəyirəm :
Əcəl də qıvrıla - qıvrıla gəlir,
Baxmır nə qocaya , nə də cavana.
Alır ağuşuna o soyuq torpaq,
Aparır  əbədi  uzaq  cahana .
Rəbbim öz dərgahına aldı Fəridi,
Çox əziyyət çəkdi, yazma günahı
Qağama bu bayram günündə  , dostlar,
Dərdinə olağın şərik,  İlahi.
Ananın göz yaşı bağrımı  dəldi,
Hamının kədərdən gözləri doldu,
Qöncə güllərimiz saralib soldu ,
Bu bizə ən ağır,  açı dərd oldu .
Çərşənbə günundə Ələddin qağam,
İstəyirdi axşam tonqal qalasın,
Balaların  yığsın ocaq başına ,
Ocaqdan tullanıb   qadasın alsın .
Əçəl hərləyirmiş demə Fəridi,
Hamıya yaxşılıq edirdin, Qağa,
Əməlin xeyirxah, işin zər idi,
Nədən gözə gəldin, ürəyim ,qağa ?
Hovuz kənarında dayanan zaman, 
Sevinib sad olub,  gülmək
istərdi,
Dəhşətli faciə o an baş verdi .
Allahdan o imdad, kömək dilədi .
Qəflətən qıc olub suya qərq oldu,
Bahar çiçəyimiz saralib soldu ,
Analar baçılar saçların yoldu ,
Bu yol çox ağrılı, acılı yoldu.
Bu acı xəbəri esidən zaman,
Dünya gözümüzdə necə qaraldı .
Bayramda sevinmək  qismət olmadı,
Dostların qəlbini duman,  qar aldı.
Fələk nədən qıygı günahsız cana,
Qardaşlar sızladı hey yana- yana,
Baxdım dövr etməyən damarda qana,
Çəkməsin qəm- kədər  bir daha ana.
Görmədi ağrını o İsmət baban,
Atan da, anan da yuxusuz qaldı .
Çəkdi dərd qəmini doğma el- oban,
Dostlar qəmli - qəmli xəyala daldı.
Yollar bağlanıbdır,  haqsız dünyada,
Qardaş- qardaşını görə bilməyir.
Bayram axşamında, o  əziz gündə ,
Dərdlərin kimsəylə bölə bilməyir.
Bizə bir qüvvə ver, ey böyük Allah,
Qoruyaq hər zaman biz balaları .
Heç kəsə dərd vermə, aman ver  Vallah,
Qoruyaq  hər zaman , biz anaları .
Fəridsiz bağçanı, o bağı gəzmək .
Çətindir unutmaq gördüyün anı .
Bilirəm ağırdır bu dərdə dözmək,
Allahım, sən qoru yerdə qalanı .
Rauf İlyasoğlu
17.03.2020
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ