SON DƏQİQƏ
» » 9 marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

9 marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Tarix:

6-03-2020, 19:43

/ 1 957 dəfə oxundu.
9 marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Nəsimi rayonu, “28 May” küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə avtomobillərin hərəkətinin məhdudlaşdırıldığndan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.

 

Bakı Nəqliyyat Agentliyindən GunAz.az -a bildirilib ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyev və Puşkin küçələri ilə təşkil ediləcək.

 

Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulur.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ