SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

3-03-2020, 13:09

/ 1 931 dəfə oxundu.
Sabah hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ