SON DƏQİQƏ
» » Azərbaycanda güclü külək fəsadlar törətdi: Elektrik xətlərinə ciddi ziyan dəydi

Azərbaycanda güclü külək fəsadlar törətdi: Elektrik xətlərinə ciddi ziyan dəydi

Tarix:

1-02-2020, 11:51

/ 1 799 dəfə oxundu.
Azərbaycanda güclü külək fəsadlar törətdi: Elektrik xətlərinə ciddi ziyan dəydi

Gəncədə baş vermiş güclü külək nəticəsində qırılan elektrik xətlərinin hazırda bərpası aparılır.

Bunu GunAz.az-a açıqlamasında “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında iri gövdəli çinar ağacı elektrik xətlərinin üzərinə düşüb:

“Nəticədə, Gəncə və Şəmkir bölgəsinin bir neçə ərazisində elektrik xətlərinə ciddi ziyan dəyib. Bu gün saat 12:00-a kimi problem aradan qaldırılacaq”.

“Bakıda və digər bölgələrdə işıqla bağlı heç bir problem yoxdur”, - deyə T.Mustafayev qeyd edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Gəncədə başlayan güclü külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xətlərini sıradan çıxarıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ