SON DƏQİQƏ
» » Nazirlərin Qarabağla bağlı 12 saatlıq görüşü: "Danışıqlar əsas 3 istiqamət üzrə gedib" - VİDEO

Nazirlərin Qarabağla bağlı 12 saatlıq görüşü: "Danışıqlar əsas 3 istiqamət üzrə gedib" - VİDEO

Tarix:

31-01-2020, 20:53

/ 1 275 dəfə oxundu.
Nazirlərin Qarabağla bağlı 12 saatlıq görüşü: "Danışıqlar əsas 3 istiqamət üzrə gedib" - VİDEO

Uzun müddətdir ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı intensiv danışıqlar aparılmamışdı. Ancaq İsveçrənin Cenevrə şəhərində yanvarın 29-u 7 saat, dünən isə 5 saat davam edən fasiləsiz danışıqlar münaqişənin həlli ilə bağlı yeni mərhələ kimi dəyərləndirilə bilər.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, danışıqlar əsas 3 istiqamət üzrə gedib.

 

Leyla Abdullayeva danışıqlar zamanı həmsədrlərin qeyri-konstruktiv mövqeyə görə Ermənistan Xarici İşlər nazirinə təzyiq göstərməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hər vəchlə danışıqları pozmaq Ermənistan tərəfinin "status-kvo"nu qorumaq üçün əl atdığı metodlardan biridir.

 

Leyla Əliyevanın sözlərinə görə, təcavüzkara nə qədər təzyiq çox olarsa problemin həlli də o qədər asanlaşar.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşünün vaxtı bəlli olmasa da, bu görüşün qısa zamanda baş tutacağı gözlənilir. Bu isə danışıqların artıq uzun fasilələrlə deyil, daha sıx olacağı deməkdir.

 

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/qNc6DmjThKI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ