SON DƏQİQƏ
» » Bəzən qidalardan düzgün istifadə edilməməsi zəhərlənməyə aparıb çıxarır

Bəzən qidalardan düzgün istifadə edilməməsi zəhərlənməyə aparıb çıxarır

Tarix:

30-12-2019, 19:30

/ 1 321 dəfə oxundu.
Bəzən qidalardan düzgün istifadə edilməməsi zəhərlənməyə aparıb çıxarır

Bu il zəhərlənmələrlə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan 600-ə qədər müraciətdən təxminən 150-si qida zəhərlənmələri ilə bağlı olub.

GunAz.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərlə deyib.

Onun dediyinə görə, ölkəmizdə başlıca problem qidanın keyfiyyətində yox, ondan düzgün istifadə edilməməsindədir: “Təbiət bizə çox sağlam və orqanik qida bəxş edib. Təəssüf ki, əksər hallarda qidalanma zamanı ondan düzgün istifadə edilmir və bununla da orqanizmdə metobolik proseslərin yaranmasına rəvac verirlər. Xarici ölkələrdə olanda məclis və ziyafətlər zamanı hər kəsin yalnız bir qidadan istifadə etdiyini görürük. Bizim toy məclislərində isə eyni süfrədə həm balıq, həm kabab, həm plov, həm də digər xörək və qəlyanaltılar qoyulur. Halbuki onların mədədə həll olunma keyfiyyəti tamamilə fərqlidir. Süfrədə xörəklərin uzlaşmasına fikir verməmək isə fəsadlar yaranmasına səbəb olur”.

Agentlik sədri daha bir misal çəkib: “Qoyun kəsiləndə çox vaxt onun dalağını kəsib ocağın üstündə alaçiy bişirərək yeyir və guya qan artırdığına görə uşaqlara verirlər. Halbuki bu, qətiyyən düzgün deyil və orqanizm üçün ziyanından başqa heç bir faydası yoxdur. Ona görə də valideynlər lap erkən yaşlarda uşaqlara düzgün qidalanma vərdişlərinə yiyələnməyi aşılamalıdırlar.

Q.Təhməzli vətəndaşlara müraciət edərək deyib: "Kim hansı ünvanda təhlükəli qida ilə bağlı məlumat bilirsə, Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı mərkəzi”nə məlumat versin. Əgər doğrudan da hansısa bir zirzəmidə insan sağlamlığı üçün ziyanlı olan bir qida məhsulunun istehsalı haqqında məlumat varsa, onu xəbər verməmək və vaxtında qarşısını almamaq gələcəkdə baş verən hansısa cinayətdə iştirak etmək deməkdir”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ