SON DƏQİQƏ
» » Nazirlik nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edir

Nazirlik nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edir

Tarix:

19-12-2019, 15:15

/ 1 595 dəfə oxundu.
Nazirlik nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi flaminqo görmək istəyənləri milli parklara dəvət edib.

Nazirliyin Mətbuat Xidmətindən GunAz.az-a bildirilib ki, Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərlər milli parklara dəvət edilir: "Göz oxşayan füsunkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin. Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz".

Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş növü gəlir.

Nazirlik nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edir

 

Nazirlik nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edir

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ