SON DƏQİQƏ
» » Sahil Babayev: 10-dək Ahıllar Mərkəzinin açılışı nəzərdə tutulur

Sahil Babayev: 10-dək Ahıllar Mərkəzinin açılışı nəzərdə tutulur

Tarix:

17-12-2019, 20:03

/ 1 035 dəfə oxundu.
Sahil Babayev: 10-dək Ahıllar Mərkəzinin açılışı nəzərdə tutulur

"Sosial sifarişlərin icrasında çevikliyi qorumaq çox önəmlidir. Çevikliyi qoruya bilməsək layihələrin icra səviyyəsi ciddi şəkildə aşağı düşəcək".

GunAz.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, ilin ilk 2-3 ayı ərzində bütün layihələr hazırlanıb təqdim olunmalıdır ki, il ərzində xidmətlər göstərilə bilsin: "Ona görə də QHT-lərlə birgə sosial yönümlü layihələrin mexanizmlərini daima təkmilləşdirməyə hazırıq. Düşünürük ki, bu sahədə çox ciddi nailiyyətlər var".

S.Babayev bildirib ki, ancaq bu layihələrin sayının artırılmasına ehtiyac dəfələrlə artıqdır: "İcra olunan layihələr çərçivəsində 10-dək Ahıllar Mərkəzinin açılışı nəzərdə tutulur. Lakin ölkənin ən azı 60 rayonunda belə mərkəzin yaradılmasına ciddi ehtiyac var. Bundan başqa, görmə qabiliyyəti zəif olan uşaqlar üçün Surdoloji Mərkəzlərin sayı cəmi 10-15 dənədir. Bunların hər biri hər rayonda olmalıdır. Günərzi Mərkəzlərinin sayının 70 olmasına baxmayaraq, bu Mərkəzlərə ehtiyac dəfələrlə artıqdır".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ