
Yeni ildə altı günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib.
GunAz.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Nazir müavini qeyd edib ki, hələlik bu məsələ ilə bağlı nazirlik tərəfindən qərar verilməyib:
"Həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək”.