SON DƏQİQƏ
» » 5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir

5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir

Tarix:

19-11-2019, 13:58

/ 768 dəfə oxundu.
5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir

2020-ci ildə kommersiya tipli "5G" xidmətlər bazarı populyarlaşacaq. Bu, beşinci nəsil şəbəkələrin "FWA 5G" (fixed wireless access) sabit simsiz giriş üçün yaratdığı imkanlarla izah edilir.

"Digitimes Research"in analitikləri belə proqnozla çıxış ediblər. Onlar yeni "4G LTE" şəbəkələrinin sayının durmadan artmasına baxmayaraq "5G" xidmətlər bazarının fenomenal yüksəlişinə əmindirlər.

2019-cu ilin oktyabrına olan məlumata görə, dünyanın 26 ölkəsində 46 operator "5G" şəbəkələrinin kommersiya istismarına başlayıb. "GSA" assosiasiyasının məlumatına görə, ilk mərhələdə istifadəyə verilmiş "5G" şəbəkələrinin sayı "4G LTE" texnologiyasının analoji göstəricisini 3 dəfə qabaqlayır.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ