SON DƏQİQƏ
» » Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edəcək

Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edəcək

Tarix:

5-11-2019, 15:19

/ 1 402 dəfə oxundu.
Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən noyabrın 8-də Masallı rayonunda vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən GunAz.az-a bildirilib ki, Masallı rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Masallı rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ