SON DƏQİQƏ
» » Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı

Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı

Tarix:

4-11-2019, 15:39

/ 1 799 dəfə oxundu.
Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bu barədə GunAz.az-a Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, hakim prosesi növbəti dəfə təxirə salıb. İş üzrə növbəti məhkəmə prosesi noyabrın 7-nə təyin olunub.

Qeyd edək ki, məhkəmə prosesi artıq 3-cü dəfədir ki, təxirə salınır.

Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.

скачать dle 12.1

Şərhlər