SON DƏQİQƏ
» » Nazirlik: "Hərbçilərin pensiyaları artımla ödənildi"

Nazirlik: "Hərbçilərin pensiyaları artımla ödənildi"

Tarix:

1-11-2019, 15:59

/ 1 920 dəfə oxundu.
Nazirlik: "Hərbçilərin pensiyaları artımla ödənildi"

Hərbi və xüsusi rütbəli şəxslərin pensiyalarının müvafiq artımlarla birgə ödənişi artıq başa çatdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən GunAz.az-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar bu kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib: "Həmin pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb. Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb. Beləliklə də, qeyd edilən şəxslərdən ibarət xeyli sayda şəxsin pensiyasının artırılması ilə bağlı hesablama və artımların tətbiqi böyük iş yükü yaratmasına baxmayaraq, bu işlər qısa müddətdə yerinə yetirilib. Nəticədə onların pensiyalarının hər hansı gecikməyə yol verilmədən, əvvəlki aylarda olduğu kimi, ayın sonunadək ödənişi təmin olunub". Rəsmi məlumata görə, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-dan ayın sonunadək aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ