
Azərbaycanlı iş adamı Rusiyanın Krasnoyarsk diyarında”Azərbaycan lavaşı”nın istehsalına başalyıb.
Məlum olduğu kimi YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşəramlı səfiri,1-ci vitse-prezident Mehriban Əliyevanın müstəsna rolu var. Bütün bunların nəticəsi kimi məhz 2016-cı ilin noyabrında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə “Lavaş” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınıb.
Belə olan halda ölkəmizdən xaricdə mədəni isrimisin təbliği,qorunub saxlanılması ən azından mənəvi vəzifə olaraq hər bir azərbaycanlının qarşısında durur.Xüsusən də,iş adamlarının.Çünki müxtəlif sahələrə yatırımlar edən azərbaycanlı iş adamları milli geyimlərimizi,milli mətbəximizi və s.dünyaya tanıtmaq üçün də addımlar ata bilər.Belə addımlardan biri artıq atılıb.Rusiyanın Krasnoyarsk diyarında yaşayan və orada biznes fəaliyyəti ilə məşğul olan həmyerlimiz Telman Tamoyev “Azərbaycan lavaşı”nın istehsalına başalyıb.
Lavaşın üzərində Azərbaycanın tarixi abidələrinin-Möminə xatun türbəsinin,əsrarəngiz təbiətinin,həmçinin İlan dağının yer aldığı tanıtım loqosu xüsusi ilə diqqət çəkir.Artıq bir brend şəklində istehsal olunan Azərbaycan lavaşı Krasnoyarsk şəhər sakinlərinin böyük marağına səbəb olub.
Qeyd edək ki,bu həm də xeyli sayda ermənilərin yaşadığı Krasnoyarsk diyarında milli-ideoloji bir təbliğat vasitəsidir.
Sənan Həsənoğlu
“Kanal32” İnformasiya Agentliyinin Moskva bürosu