SON DƏQİQƏ
» » Azərbaycanlı şair Atatürkün şeiri ilə festivala rəng qatdı-TÜRKİYƏDƏ

Azərbaycanlı şair Atatürkün şeiri ilə festivala rəng qatdı-TÜRKİYƏDƏ

Tarix:

28-10-2019, 13:56

/ 1 358 dəfə oxundu.
Azərbaycanlı şair Atatürkün şeiri ilə festivala rəng qatdı-TÜRKİYƏDƏ

Bu günlərdə Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Beynəlxalq sülh səfiri Tahirə Məmmədovanın təşkilatçılığı ilə Türkiyənin Muğla vilayətinin Fəthiyə rayonundakı Kayaköy “Barış və dostluq” festivalına dəvət aldıq.

Tahirə Məmmədovanın rəhbərliyi ilə şair-publisist Rauf İlyasoğlu, Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi, bir neçə nəfəsli alətlərin ifaçısı Şəhram Sadıqovla birlikdə Bakıdan 2 sutka yol qət edib, hər cür şəraiti olan “Alpar” şirkətinə məxsus rahat avtobusla Ankaraya çatdıq. Gecə isə Ankaradan digər avtobusla yola düşərək səhər sübh çağı Muğla vilayətinin Fəthiyə rayonuna yetişdik.

Bizi AİMƏİB-nin Türkiyə üzrə təmsilçisi, şair, qəzetəçi, Fetav Kültür Komisyonu üyesi, heykəltaraş Mustafa Taner qarşıladı və şəhərdən 40 km aralıda yerləşən Kayaköydə bizim üçün ayrılmış bir mənzərəli istirahət düşərgəsində yerləşdik.

Muğla şəhərinin Fəthiyə rayonunun ərazisində yerləşən Kayaköy, Türk Cümhuriyyəti yaranmamışdan öncə türklərlə rumların ortaq yaşam sürdükləri bir köydür.

Rumlar təpədəki Levessi məhəlləsi adını verdikləri yerdə zinaat işləri ilə, türklər isə tarla işləri və heyvandarlıqla məşğul olaraq mehriban ömür sürür və gözəl həyat yaşayırdılar.

Kurtuluş savaşından sonra 1923-cü ildə Türkiyə Cümhuriyyəti ilə Yunanıstan hökuməti arasında imzalanan mübadilə anlaşması ilə rumlar bölgəni tərk etmişlər, yerinə Yunanıstandan gələn türklər yerləşdirilmişdir. Kayaköyün tarixi keçmişi dünya mirası olaraq füsunkar mənzərəsi, qədim tikililəri və əsrarəngiz gözəlliyi tarixi abidə olaraq bu gün də qorunur və mühafizə olunur.

Türkiyənin, Azərbaycanın, Yunanıstanın, İngiltərənin milli bayraqları ilə bəzədilmiş möhtəşəm festivala qatılan ölkələrin milli adət-ənənələrini əks etdirən sərgi və satış yarmarkası ucsuz-bucaqsız ərazini əhatə edirdi. İncə oyma əl işləri, itib-batmaqda olan sənət nümunələri, ölkələrin milli yeməkləri və s. nümayiş olunur və on minlərlə qonaqların marağına səbəb olurdu.

Kayaköy “Barış və Dostluq” festivalı iki gün davam etdi.

Festival Komitəsinin sədri Erdal Eroğlu başda olmaqla festival komitəsinin üzvləri Metin Ekiz, Ahmet Aybek, Nerih Duyar, Enis Ancan, Tarik Yılmaz, Gürkan Karakaya, Erkan Ölməz, Özgə Ekiz səhnəyə çıxaraq festival iştirakçılarını salamladılar.

Fethiyə bələdiyyə başqanı Alim Karaca bəy və Yunanıstanın Türkiyə ilə sərhəd bölgəsinin bələdiyyə başqanı çıxış edərək dövlətlər arasında dostluğun, əməkdaşlığın möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında bu festivalın böyük əhəmiyyətindən danışdılar. Hörmətli Alim Karaca bəy xüsusi vurğuladı ki, ötən il bələdiyyə seçkilərində məni ilk dəfə təbrik edən də Tahirə Məmmədova olmuşdur.

Türkiyənin, Yunanıstanın, İngiltərənin, Azərbaycanın bayraqları ilə bəzədilmiş və birbaşa Fethiyə TRT ilə canlı yayımlanan festivalda milli formada geyinmiş

folklor qrupunun rəqsləri, Türkiyənin məşhur sənətkarları – Adnan Albayrakın, Arif Sümbülün bənzərsiz ifaları, Ahmed Eraslanın üç telli sazda ürək yanğısı ilə məharətli çıxışları və s. alqışlarla qarşılandı.

Sonra söz azərbaycanlı nümayəndə heyətinə verildi.

AİMƏ ictimai birliyinin sədri Tahirə Məmmədova dünyanın hər tərəfindən gəlmiş festival iştirakçılarını salamladı və dedi:

- Əziz dostlar! Azərbaycandan sizə qucaq-qucaq salamlar gətirmişik. Biz bir millət, iki dövlətik. Bizim ürəyimiz qəm içindədir. Çünki əzəli torpağımız olan Qarabağımız və ona bitişik ətraf 7 rayonlarımız 27 ildir ki, erməni quldur dəstələri tərəfindən işğal olunub. Mən Qarabağımızın mərkəzi, musiqi beşiyi olan Şuşa şəhərində doğulub boya-başa çatmışam. Doğulduğum cənnət diyarımız düşmənlər tərəfindən işğal olunub, yüzlərlə tarixi abidələrimiz dağıdılıb. Məscidlərimiz uçurdulub, yerində kilsə inşa edilib. Biz türklər çox ürəyiaçıq xalqıq. Bir vaxtlar Qarabağda erməni müsafirlərinə yazığımız gəldi, yer verdik, torpaq verdik ki, əksinlər, ailəsini dolandırsınlar, əppək verdik ki, ac qalmasınlar. Sonradan onlar çörəyə nankor çıxdılar, yurdumuzu işğal etdilər. Silahlanaraq dinc əhalimizi qırdılar. Cocukları, anaları, qocaları belə uf demədən amansızlıqla qətlə yetirdilər, evlərimizi yandırdılar. Türkiyə bizim böyük qardaşımızdır. Biz bir olmalıyıq. Torpaqlarımızı düşmən tapdağından tezliklə azad edəndən sonra biz də burada böyük bir konsert proqramı təşkil edəcəyik. “Qarabağ şikəstəsi”miz, bənzərsiz muğamımız, aşıq və folklor rəqs ansambllarımız bu dağları lərzəyə gətirəcək. Qoç Koroğlunun cəngisi hər tərəfə yayılacaqdır.

Tahirə Məmmədovanın ürək yanğısı ilə möhtəşəm çıxışı hər kəsi duyğulandırdı və alqışlarla qarşılandı.

Sonra söz şair-publisist Rauf İlyasoğluna verildi. Azərbaycanlı şairin Türk dünyasının xilaskarı Mustafa Kamal Atatürkə həsr etdiyi şeir alqışlarla, göz yaşları ilə ayaq üstə qarşılandı:

Nəsillərə nümunədir,

Qəlbimdədir Atatürküm.

Dünya sənə əhsən dedi,

Əlçatmaz dağ, bir soyköküm,

Yaşa türküm, Atatürküm.

 

Yağıları əzən paşa,

Ənvər, Xəlil, Nuru paşa.

Paşalarım yaşa, paşa,

Əlçatmaz dağ, bir soyköküm,

Atatürküm, Atatürküm.

 

Sərkərdəsiz, xilaskarsız,

Türk dünyası bəxtiyarsız.

Bayraqdarsız, vəfadarsız,

Əlçatmaz dağ bir soyköküm,

Yaşa türküm, Atatürküm.

 

Biz bir millət, iki qardaş,

Düşmən qansız, olaq sirdaş.

Vüqarına əyirəm baş,

Əlçatmaz dağ, bir soyköküm,

Yaşa Öndər, Atatürküm.

 

Ruhun gəzir el-obanı,

Qərib itkin məzar hanı?

Gözləyirik qalıb anı,

Əlçatmaz da, bir soyköküm,

Yaşa türküm Atatürküm,

Atatürküm, Atatürküm.

Sonra R.İlyasoğlu “Ana”, “Vətən”, Püstə Rəvan isə “Bayraq” haqqında şeirlər söylədilər. Balaban ifaçısı Şəhram Sadıqovun müşayiəti ilə azərbaycanlı şairlərin çıxışları alqışlarla qarşılandı. Ertəsi gün Türkiyənin bir çox əksər qəzetlərində “Azərbaycanlı şairin “Atatürk həsrətlərim” şeiri ayaq üstə alqışlarla qarşılandı. “Azərbaycan nümayəndələri festivala rəng qatdı” başlıqlı məqalələr dərc olundu.

İki gün davam edən festivalın ikinci günündə Azərbaycanı şərəflə təmsil edən AİMƏ ictimai birliyinin üzvlərinə yenidən söz verildi.

Tahirə Məmmədova ustad şairimiz Bəxtiyar Vahabzadənin şeiri ilə sözə başladı:

Bir ananın iki oğlu,

Bir atanın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə.

 

Dilimiz bir, dinimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan-Türkiyə.

 

Birdi bizim hər halımız,

Sevincimiz, təməlimiz,

Bayrağımız, hilalımız,

Azərbaycan-Türkiyə.

 

Ana yurdda yuva qurdum,

Ata yurda könül verdim,

Ana yurdum, Ata yurdum,

Azərbaycan-Türkiyə.

 

Onu da qeyd etmək yerinə düşər ki, ötən il AİMƏİB-nin sədri Tahirə Məmmədova və birliyin Türkiyə təmsilçisi Mustafa Tanerlə birlikdə Fethiyə bələdiyyə başqanı Alim Karaca bəylə, eləcə də Fethiyə Kaymanı, hörmətli Müzəffər Şahinerlə görüşüb Fethiyyə şəhərində Azərbaycan-Qarabağ küçəsinin

açılması ilə əlaqədar razılığa gəlmişlər. “Qarabağ: dünən və bu gün” layihəsi əsasında növbəti aylarda bu küçənin açılışını da məhz Tahirə Məmmədovaya həvalə edilməsi nəzərdə tutulur.

Azərbaycan-Qarabağ küçəsinin açılışında iştirakçılara T.Məmmədovanın yazdığı “Qarabağ: dünən və bu gün” kitabı da hədiyyə ediləcəkdir. Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi 1994-cü ildə Vahid Azərbaycan Partiyasının sədrinin birinci müavini işləyərkən Tahirə Məmmədova tərəfindən İraq türkmən qardaşlarımıza olan sayğıdan yaradılmış və 2007-ci ildə həm Ədliyyə Nazirliyi və MTN tərəfindən qeydiyyata alınmışdır. Dəfələrlə İraq və Türkiyədə tədbirlərə qatılan, milli-mənəvi dəyərlərimizin təbliğində, Qarabağ həqiqətlərinin dünyaya yayılmasında Kərkük türklərinə göstərdiyi diqqət və qayğıya görə Tahirə Məmmədova İraq rəhbərliyi tərəfindən orden və fəxri diplomlarla, Türkiyənin bir neçə bölgəsinin bələdiyyə başqanları tərəfindən ödüllərlə təltif olunub.

Tahirə Məmmədova Azərbaycan bayraqlarını, Azərbaycanın şərəf rəmzi olan milli papaqları, kitab və hədiyyələri alqış sədaları altında Fethiyyənin Kaymakanı (icra başçısı) Muzaffar Şahinerə, Fethiyyə bələdiyyəsinin başqanı Alim Karacaya, Kayaköy “Barış və Dostluq” festivalının komitə rəhbəri Erdal Eroğluna, AİMƏİB-nin Türkiyə üzrə təmsilçisi, şair-yazar Mustafa Tanerə təqdim etdi. Festival iştirakçıları Camidə Aşuraya dəvət olundular.

Festival gecə saat 12:00-da başa çatdıqdan sonra ertəsi günlərdə Türkiyənin iş adamı, vətənpərvər ziyalılar Gültəkin Çavuşoğlu, tərcüməçi Alpaslan Türkeş Tanç, Almaniyada yaşayan iş adamı Yalçın Türkay azərbaycanlı ziyalıların şərəfinə ziyafət təşkil etdilər.

Tahirə Məmmədovanın təşəbbüsü ilə Azərbaycan və Türkiyə bayrağı ilə bəzədilmiş məclisdə Alparslan Türkeş Tanc türk (üçtelli saz) sazında həm ifa etdi, həm də şərqilər söylədi. Dörd saat ərzində R.İlyasoğlunun söylədiyi vətənpərvər ruhlu şeirlər məclisdə xoş ovqat yaratdı.

Növbəti gündə uzun illər İngiltərədə yaşayan türk iş adamı Perihan Angell və ömür-gün yoldaşı, İngiltərənin əmniyyat müdiri olmuş Rikardo Azərbaycandan gəlmiş qonaqların şərəfinə “Gizli Vadi” restoranında ziyafət təşkil etdi və sonra bizi dağlar qoynunda yerləşən malikanəsinə dəvət etdi.

İş adamı Perihan Angelli bildirdi ki, burada ev tikdirmək üçün bizə dedilər ki, ən azı 150 ağac əkməlisiniz, tarlanız olmalıdır. Biz də bura meyvə ağacları əkdik, deyərək bizi bol-bəhrəli füsunkar bağıyla tanış etdi.

Üç telli sazda ifa edən sənətkar Ahmet Əraslan, balaban ifaçısı Şəhram Sadıqovun müşayiəti ilə Rauf İlyasoğlunun söylədiyi şeirlər tədbir iştirakçılarını, Almaniyadan gəlmiş iş adamı Yalçın Turkayla yanaşı hər kəsi duyğulandırdı.

Dövlətimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün qorunması, milli dəyərlərimizin təbliği naminə Azərbay\can-İraq Mədəni Əlaqələr ictimai birliyinin fəaliyyəti böyük əks-səda doğurtdu, hər kəsin qəlbində məhəbbət və iftixar hissi oyatdı və Türkiyə mətbuatında, televiziya kanallarında geniş, ətraflı işıqlandırıldı.

 

Rauf Allahverdiyev

AİMƏ ictimai birliyin mətbuat

xidmətinin rəhbəri, şair-publisist

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ