SON DƏQİQƏ
» » Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

Tarix:

22-10-2019, 20:25

/ 639 dəfə oxundu.
Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaranmasının 6 illiyi, ASCO loqosunun təqdimatının bir illiyi münasibəti ilə möhtəşəm fləşmob keçirilib. Fləşmob Azərbaycan Dövlət Dəniz Akademiyasının 500 nəfər tələbəsinin iştirakı ilə baş tutub. Belə ki, tələbələr Dəniz Nəqliyyatı Donanmasının ərazisində bir araya toplaşaraq ASCO-nun loqosunu canlandırıblar.

GunAz.az bildirir ki, bununla da, gənclər özündə milli və dənizçilik ruhunu ehtiva edən ASCO loqotipi ətrafında birləşərək həmrəy olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, ciddilik, dəqiqlik, gücü təcəssüm etdirən loqotip qurumun abreviaturası formasında dizayn edilib. Abreviaturadakı “O” hərfi lövbər və xilasetmə dairəsinin simvolik qarşılaşdırılmasından əmələ gəlib.

Emblem vahid mərkəzdən idarəetməni, tamlığı, qurumun iş prinsiplərində hərtərəflilik, çeviklik, pozitivlik, dəniz nəqliyyatı sahəsində sabit dəyərlər üzərində dayanıqlılıq prinsiplərini təcəssüm etdirir. Simvolik olaraq lövbər və xilasetmə dairəsinin qarşılaşdırıldığı emblem özlüyündə etibarlılığın, tarazlılığın, stabilliyin, məqsədyönlülüyün ifadəsidir. Modern və minimalistik xarakter daşıyan loqotip, həmçinin müasir dövrün dizayn tələblərini özündə əks etdirir. Tipoqrafik hissə stilistika baxımından axıcılığı ilə loqotipi tamamlayır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər